23 iyul 2023 at 16:08
Jurnalist kodu: 5487
Xəbər kodu: 85178618
T T
4 Persons

Tags

İRNA baş direktorunun İRNA-nın Azərbaycan dilinin açılması ilə bağlı qeydi

Şuşa - İRNA - İslam Respublikası Xəbər Agentliyinin baş direktoru Əli Nadiri “İRNA Azəri” saytına yazdığı məqalədə Azərbaycan hökuməti və xalqına təşəkkür edərək, İRNA-nın Azəri dili bölməsinin yaradılmasının məqsədlərini açıqlayıb.

Bismillahir-Rəhmanir-Rəhim

الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُولَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُولَئِكَ هُمْ أُولُو الْأَلْبَابِ 

“Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil ağıl sahibləri də onlardır.” (“Zumər” surəsi, ayə 18)
Azərbaycan və İran xalqları tarix boyu ən ağır təzyiqlər altında həmişə öz dərin tarixi və dini bağlarını qoruyub saxlamışlar.

Azərbaycan Respublikasında azərbaycanlı qardaş və bacılarımızla birlikdə az.irna.ir ünvanında İRNA-nın Azəri dili bölməsinin açılışını elan etməkdən məmnunluq və iftixar duyuram.

Bildiyiniz kimi, İRNA 1934-cü il noyabrın 13-də fəaliyyətə başladığı gündən bütün dünyada onlarla ofis yaradıb və xəbərlərini 10 canlı dildə dərc edir.

Məhz bu yanaşma hər şeydən çox qardaş və qonşu ölkə Azərbaycanın dilində internet saytının açılması zərurətini yaratdı.

Azərbaycanla İran arasındakı münasibətlər qardaşlıq münasibətlərinin fövqündədir. Biz iki xalqın ortaq tarixi, dini və mədəniyyəti var. Hər ikimiz şiə xalqlarıq və eyni zamanda xalqımızın qəlbində şiəlik kök salıb. İran Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb və ondan bir il sonra bu ölkə ilə diplomatik əlaqələr qurub. Hər iki ölkə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) daimi üzvləridir və biz Şanxay Əməkdaşlıq Təşkilatında əməkdaşlıq edirik.

Media sahəsində də bu dostluğun təzahürlərindən biri AZƏRTAC Rəsmi İnformasiya Agentliyi ilə İRNA Rəsmi Xəbər Agentliyi arasında qardaşlıq münasibətləridir.

“Dördüncü Sənaye İnqilabı Əsrində Yeni Media” Forumunda İRNA-ya, xüsusilə də “İRNA Azərbaycan”-a xeyirxahlığını ifadə edən Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həmçinin dost və qardaş ölkədə olmağa dəvət etdiyi üçün Azərbaycan hökumətinə səmimi təşəkkürümüzü bildiririk.

Azərbaycanlı bacı-qardaşlar! Təəssüf ki, Qərb dövlətləri Yaxın Şərq və Mərkəzi Asiyanın sərvətlərini talamaq üçün həmişə bu bölgələrdə tərfiqəçilik salmağa cəhd ediblər. Bu arada İran və Azərbaycan da bu hücumlardan kənarda qalmayıb. Qərb cəbhəsi həmişə regional yaxınlaşmaları və qonşuların dostluq münasibətlərini pozmağa çalışıb. Bu fenomenlə mübarizə aparmaq üçün region ölkələri öz münasibətlərini gücləndirməyə çalışmalıdır. Bu münasibətləri gücləndirməyin yollarından biri də etibarlı mənbələrdən düzgün və etibarlı xəbərlərin ötürülməsi üçün etibarlı portalların yaradılması yolu ilə informasiya kanallarının gücləndirilməsidir.

Unutmamalıyıq ki, bizim aramızda təfriqə yaratmağa and içmiş ortaq düşmənlərimiz var. Düşmənlərimiz müxtəlif sahələrdə ümumi məqsədlərə nail olmaq üçün əməkdaşlığımızdan qorxur və həmişə bizim yaxşı münasibətlərimizi pozmağa çalışırlar. Onlar bizə qarşı məkrli planlar qurublar və quracaqlar, amma Uca Allahın Qurani-kərimdə buyurduğu kimi: “Onlar hiylə qurdular, Allah da onlara qarşı hiylə qurdu. Allah (bütün) hiyləgərlərdən tədbirlidir.”

Onlar məğlub olacaqlar və hal-hazırda da ağır məğlubiyyət yaşayırlar.

Azərbaycan hökumətində və xalqında olan bacı-qardaşlar! İRNA Xəbər Agentliyi yuxarıda qeyd olunan mühüm məqsədə çatmaq, iki xalq və qonşu ölkə arasında dəqiq və obyektiv tanışlıq yaratmaq, anlaşılmazlıqlar və saxta xəbərlərlə mübarizə aparmaq məqsədilə İRNA-nın Azəri dilində internet saytını yaratmaq qərarına gəldi, beləliklə, Azərbaycan Respublikası xalqının, elitasının və dövlət xadimlərinin İran və region xəbərlərinə etibarlı çıxışını təmin etsin.

İRNA-nın Azəri saytının ən mühüm məqsədlərini aşağıdakı kimi ümumiləşdirmək olar:1. Azəridilli auditoriya üçün İran xəbərlərinə ilkin çıxış;2. İki dost, qardaş və dindaş ölkə arasında empatiya və yaxınlıq yaratmaq;3. Azərbaycan xalqının İran mədəniyyəti və xalqının adət-ənənələri ilə tanış olması;4. İran və Azərbaycanın or taq düşmənlərinin təfriqə salmaq və nifrət yaymaq üçün müdaxiləsinə qarşı mübarizə;

taq düşmənlərinin təfriqə salmaq və nifrət yaymaq üçün müdaxiləsinə qarşı mübarizə;

5. Azərbaycan məkanında İran əleyhinə saxta xəbərlərə qarşı mübarizə aparmaq.

Bir daha İRNA-nın Azərbaycan bölməsinin açılışına görə, xüsusən Azərbaycanda və əziz bacı-qardaşlarımın yanında öz sevincimi elan edirəm. Ümid edirik ki, bu addım İran və Azərbaycan arasında yeni empatiya və tanışlıq yolu açacaq.

4 Persons

Sizin rəyiniz

You are replying to: .